Rusiya Avropa Şurasına borcunu ödəyəcək

Rusiya Avropa Şurasına borcunu ödəyəcək Rusiya hökuməti Avropa Şurası üzvlük haqqı ilə bağlı 2017-2018-ci illərə dair borclarını ödəyəcəkləri barədə sərəncam verib.
Region
29 Avqust , 2019 18:14
Rusiya Avropa Şurasına borcunu ödəyəcək

Rusiya hökuməti Avropa Şurası üzvlük haqqı ilə bağlı 2017-2018-ci illərə dair borclarını ödəyəcəkləri barədə sərəncam verib.

“Report” TASS-a istinadən xəbər verir ki, ödəniləcək məbləğ 54,7 milyon dollar təşkil edir. Strasburqda bununla bağlı hər hansı fikir səsləndirilməyib.

Qeyd edək ki, 2014-cü ildə Ukraynadakı hadisələr və Rusiyanın Krımı işğal etməsilə bağlı həmin ilin oktyabr ayında Rusiyanın AŞPA-dakı nümayəndə heyəti səs hüququndan məhrum edilmişdi.

2017-ci ilin iyun ayında Rusiya nümayəndə heyətinin hüquqları bərpa edilənədək Avropa Şurasına ödənişlərinin bir hissəsini dayandırıb.

Bu ilin iyun ayında AŞPA-dakı Rusiya nümayəndə heyətinin əvvəlki hüquqları bərpa edilib.

Son xəbərlər

Orphus sistemi