​Rusiya Avropa Şurası Parlament Assambleyasını tərk edir

​Rusiya Avropa Şurası Parlament Assambleyasını tərk edir Bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bildirib
Region
29 Yanvar , 2015 00:17
​Rusiya Avropa Şurası Parlament Assambleyasını tərk edir

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov çərşənbə günü bəyan edib ki, Rusiya ilin sonunadək assambleyanı tərk edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu o, AŞPA-nın Rusiyanın rəhbər orqanlarda səs vermək və iştirak etmək hüququ üzrə səlahiyyətlərini aprel ayınadək dayandırmaq haqqında qərarını şərh edərkən bildirib.

"Biz AŞPA-nı ilin sonunadək tərk edirik", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi