Rusiya ABŞ-ın tələbini rədd edib

Rusiya ABŞ-ın tələbini rədd edib “Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil"
Region
13 Yanvar , 2022 16:57
Rusiya ABŞ-ın tələbini rədd edib

“Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “1TV”nin “Böyük oyun” proqramındakı çıxışında bildirib.

“Onlar artıq qoşunların Ukrayna sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər. ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu, qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”, - S.Lavrov vurğulayıb.

Xatırladaq ki, yanvarın 10-da ABŞ-Rusiya, yanvarın 12-də isə NATO-Rusiya Şurasının toplantısı keçirilib. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olunub.

İngilis versiyası Russia rejects US request

Son xəbərlər

Orphus sistemi