Rusiya ABŞ-ın tanınmış aliminə sanksiya tətbiq edib 

Rusiya ABŞ-ın tanınmış aliminə sanksiya tətbiq edib  Rusiya ABŞ-ın tanınmış elm adamı, filosof Frensis Fukuyamaya sanksiya tətbiq edib.
Region
28 İyun , 2022 13:48
Rusiya ABŞ-ın tanınmış aliminə sanksiya tətbiq edib 
Frensis Fukuyama

Rusiya ABŞ-ın tanınmış elm adamı, filosof Frensis Fukuyamaya sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Onun Rusiyaya girişi qadağan olunub.

Məlumata görə, F.Fukuyama Rusiyanın Ukraynaya qarşı müharibıəsinə qarşı çıxış edib. O, hərbi əməliyyatlardan əvvəl ABŞ Prezidenti Cozef Baydenə Ukrayna ətrafında gərginlik yaradan Rusiyaya qarşı sanksiya tətbiq olunmasını təklif etmişdi.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi iyunun 28-də C.Baydenin xanımı və qızı da daxil olmaqla ABŞ-ın 25 vətəndaşını sanksiya tətbiq edib.

Qeyd edək ki, filosof, politoloq, siyasi iqtisadçı və yazıçı Yesixiro Frensis Fukuyama 1952-ci il oktyabrın 27-də ABŞ-ın Çikaqo şəhərində anadan olub.

F.Fukuyama 1992-ci ildə çap etdirdiyi, çox keçmədən dünyanın 20-dən artıq dilinə tərcümə edilərək beynəlxalq bestsellerə çevrilmiş “Tarixin sonu və sonuncu insan” əsəri ona dünya şöhrəti qazandırıb.

Hazırda Stanford Universitetinin professorudur.

Son xəbərlər

Orphus sistemi