Ruhani Trampın İranın nüvə sazişini pozmaq cəhdlərinin iflasa uğradığını bildirib

Ruhani Trampın İranın nüvə sazişini pozmaq cəhdlərinin iflasa uğradığını bildirib "Bu o deməkdir ki, beynəlxalq anlaşmalar qalib gəldi"
Region
14 Yanvar , 2018 11:50
Ruhani Trampın İranın nüvə sazişini pozmaq cəhdlərinin iflasa uğradığını bildirib

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın İranın nüvə sövdələşməsini pozmaq cəhdləri iflasa uğrayıb.

“Report” Press TV-yə istinadən xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Həsən Ruhani deyib.

"Cənab Tramp sövdələşməni pozmaq üçün il ərzində hələ prezident seçilməzdən əvvəl göstərdiyi bütün səylərini ortaya qoydu, lakin onun bunu etmək cəhdləri iflasa uğradı. Bu o deməkdir ki, beynəlxalq anlaşmalar qalib gəldi", - deyə prezident bildirib.

Son xəbərlər

Orphus sistemi