Ruhani: "ABŞ təkbaşına İranın nüvə proqramı üzrə sövdələşməni ləğv edə bilməz"

Ruhani: "ABŞ təkbaşına İranın nüvə proqramı üzrə sövdələşməni ləğv edə bilməz" "Bu, İran və ABŞ arasında imzalanmış saziş deyil"
Region
13 Oktyabr , 2017 23:07
Ruhani: ABŞ təkbaşına İranın nüvə proqramı üzrə sövdələşməni ləğv edə bilməz

Bakı. 13 oktyabr. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani bildirib ki, ABŞ 2015-ci ilin iyulunda Tehran və "altılıq" (Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya) arasında imzalanmış İranın nüvə proqramı üzrə sazişi birtərəfli qaydada ləğv edə bilməz.

“Report” TASS-a istinadən xəbər verir ki, o bu bəyanatla cümə günü İran televiziyasının efirində çıxış edib.

"Heç bir prezident BMT tərəfindən dəstəklənmiş beynəlxalq sazişi ləğv edə bilməz. Bu, İran və ABŞ arasında imzalanmış saziş deyil, onu pozmaq olmaz", - deyə Press TV Ruhaninin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi