Ruhani ABŞ-ın İrana qarşı sanksiyasını "terror aktı" adlandırıb

Ruhani ABŞ-ın İrana qarşı sanksiyasını "terror aktı" adlandırıb İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Region
101
7 İyul , 2019 01:06
Ruhani ABŞ-ın İrana qarşı sanksiyasını terror aktı adlandırıb

İran prezidenti Həsən Ruhani ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub. 

"Report" xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Telefon danışığında Ruhani ABŞ-ın Tehrana qarşı tətbiq edtdiyi iqtisadi sanksiyaları "terror aktı" kimi qiymətləndirib. 

"Bu iqtisadi müharibənin davamı regionda və dünyada digər təhlükələrə səbəb ola bilər", deyə İran prezidenti vurğulayıb. 

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İran lideri Ayətullah Əli Xamneyini də nəzərdə tutan İrana qarşı yeni sanksiyalara dair prezident fərmanını imzalayıb.

Son xəbərlər

Orphus sistemi