Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşıb

Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşıb Rublun məzənnəsi Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin tanınması məsələsi ilə bağlı ruslara televiziya ilə müraciətində çıxışı fonunda aşağı düşüb.
Region
21 fevral 2022 20:12
Rubl Putinin Ukrayna ilə bağlı müraciəti fonunda ucuzlaşıb

Rublun məzənnəsi Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin tanınması məsələsi ilə bağlı ölkə vətəndaşlarına və həmvətənlərə televiziya ilə müraciəti ilə çıxışı fonunda aşağı düşüb.

“Report” xəbər verir ki, bunu Moskva birjasının ticarət məlumatları göstərir.

ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 23:08-də 3,51% (R 2,71) artaraq 80,01 R olub.

Xatırladaq ki, Vladimir Putin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin Rusiya tərəfindən tanımaq barədə qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi