Rostovda Cənub Hərbi Dairənin qərargahı yaxınlığında güclü partlayışlar olub

Rostovda Cənub Hərbi Dairənin qərargahı yaxınlığında güclü partlayışlar olub Rusiyanın Rostov şəhərində 15 dəqiqə intervalla 3 partlayış olub.
Region
7 Sentyabr , 2023 05:09
Rostovda Cənub Hərbi Dairənin qərargahı yaxınlığında güclü partlayışlar olub

Rusiyanın Rostov şəhərində 15 dəqiqə intervalla 3 partlayış olub.

“Report” xəbər verir ki, bu barədə məlumat teleqramın Rusiya seqmentində yayılıb.

Bildirilib ki, hadisə Cənub Hərbi Dairəsinin qərargahının yanında olub. “Don Mash” kanalına görə, partlayışlardan biri duracaqda avtomobildə olub.

Olay nəticəsində ərazidəki yaşayış evlərinin pəncərələri qırılıb ya da yerindən çıxıb.

Regionun qubernatoru Vasili Qolubev sözügedən hadisəni birbaşa şərh etməsə də, şəhərdə HHM-nin işə düşdüyünü açıqlayıb:

“Rostov-na-Donuda saat 03:00 radələrində hava hücumundan müdafiə sistemi işə düşüb. Pilotsuz uçuş aparatı vurulub. Yerdəki nəticələr dəqiqləşdirilir”.

Daha sonra o əlavə edib ki, hava hücumundan müdafiə sistemi 2 dronu vurub, biri şəhərdən kənarda, ikincisi Rostov mərkəzində park edilmiş avtomobilə düşüb. Region başçısının sözlərinə görə, olay sonucunda bir nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi