“Roskosmos”dan 8 milyon rubladək vəsait oğurlanıb

“Roskosmos”dan 8 milyon rubladək vəsait oğurlanıb “Roskosmos”da astronavtların ABŞ-dan Beynəlxalq Kosmik Stansiyasına (BKS) göndərilməsi üçün nəzərdə tutulan 8 milyon rubladək vəsait oğurlanıb.
Region
7 İyun , 2021 13:00
“Roskosmos”dan 8 milyon rubladək vəsait oğurlanıb

“Roskosmos”da astronavtların ABŞ-dan Beynəlxalq Kosmik Stansiyasına (BKS) göndərilməsi üçün nəzərdə tutulan 8 milyon rubladək vəsait oğurlanıb.

Report” “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin antikorrpusiya araşdırması məlumatlarında bildirilir.

Qeyd edilir ki, “Kosmik uçuşların idarə edilməsi xidmətinin texniki silahlanma mərkəzi” şirkətinin və “Energiya” raket-kosmik korporasiyasının rəhbərləri altpodratçılar vasitəsilə vəsait oğurlamağa nail olublar.

Məlumata görə, “Yerdəki kosmik infrastruktur obyektlərinin istismarı mərkəzi” adlı podratçı şirkət astronavtların kosmik stansiyaya çatdırılmasına köməklik göstərməli imiş. “Kosmik uçuşların idarə edilməsi xidmətinin texniki silahlanma mərkəzi” şirkəti bəzi işləri görməli olsa da, əslində işlərdə saxtakarlığa yol verilib, bu isə göstərilən vəsaitin oğurlanmasına şərait yaradıb.

Hesab olunur ki, bu fırıldaqçılıq hadisəsi “Energiya” korporasiyasının hazırda xaricdə gizlənən keçmiş top-menecerləri Oleq Volkov və Nikolay Çerlenyak ilə əlaqəli ola bilər.

İstintaq komitəsi bu hadisəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən böyük həcmdə oğurluq kimi təsnif edir.

Xatırladaq ki, daha öncə Rusiya İstintaq Komitəsinin Moskva İdarəsi BKS-də quraşdırılmış elmi-enerji modulu üçün elektronika tədarükü zamanı 1 milyard rubldan çox vəsaitin oğurlanması üzrə işin araşdırmasını tamamlayıb.

Son xəbərlər

Orphus sistemi