"Roskomnadzor" CNN telekanalının fəaliyyətində pozuntular aşkarlayıb

"Roskomnadzor" CNN telekanalının fəaliyyətində pozuntular aşkarlayıb Məsələnin araşdırılması üçün telekanalın nümayəndələri Federal Xidmətə çağrılıb
Region
29 Sentyabr , 2017 12:32
Roskomnadzor CNN telekanalının fəaliyyətində pozuntular aşkarlayıb
Flickr / Ayush

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya ABŞ-ın "CNN International" telekanalının fəaliyyətində pozuntular aşkarlayıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, pozuntular Rusiyada rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə Federal Xidmətin ("Roskomnadzor") ölkə ərazisində yayımını həyata keçirən "Törneri informasiya proqramları və həyat tərzi" şirkətində yoxlamalar keçirməsindən sonra müəyyən edilib.

Məsələnin araşdırılması üçün telekanalın nümayəndələri "Roskomnadzor"a çağrılıb. İşə baxılarkən telekanala kütləvi informasiya vasitələri və televiziya yayımı sahəsində lisenziya tələbləri barədə qanunun pozulmasına görə xəbərdarlıq edilib-edilməməsi barədə məsələ həllini tapacaq. Həmçinin telekanala aşkarlanan pozuntuların aradan qaldırılması üçün rəsmi bildiriş göndəriləcək.

Son xəbərlər

Orphus sistemi