“Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb

“Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb Tbilisi-Moskva-Tbilisi reysinin ləğvi barədə qərarı “Gürcüstan Hava Yolları” şirkəti özü müstəqil olaraq qəbul edib.
Region
140
28 Yanvar , 2022 17:32
“Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb

Tbilisi-Moskva-Tbilisi reysinin ləğvi barədə qərarı “Gürcüstan Hava Yolları” şirkəti özü müstəqil olaraq qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) məlumatında bildirilib.

Qeyd olunub ki, “Rosaviasiya” tərəfindən 28 yanvar 2022-ci il tarixinə təyin olunmuş Tbilisi-Moskva-Tbilisi reysinin yerinə yetirilməsi üçün “Gürcüstan Hava Yolları”na icazə təqdim olunub və ləğv edilməyib.

Xatırladaq ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb. Bu gün saat 10:00-da “Gürcüstan Hava Yolları” Tbilisi-Moskva-Tbilisi istiqaməti üzrə çarter reysi yerinə yetirməli idi, lakin uçuş ləğv olunub. Aviaşirkətin təsisçisi Tamaz Qaiaşvili yerli mətbuata açıqlamasında bildirib ki, reysin həyata keçirilməsi üçün Rusiya tərəfindən icazə ləğv olunub. O qeyd edib ki, buna səbəb reys ətrafında mətbuatda qaldırılan ajiotaj və bir sıra öhdəliklərin yerinə yetirilməməsidir.

Son xəbərlər

Orphus sistemi