Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır"

Roqozin: "Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır" "Biz bu müdafiəni yaracağıq"
Region
210
19 Fevral , 2017 19:05
Roqozin: Rusiyanın yeni ballistik raketləri ABŞ-ın RƏM sistemini yarmaq iqtidarındadır

Bakı. 19 fevral. REPORT.AZ/ Hazırda Rusiya tərəfindən hazırlanan yeni qitələrarası ballistik raketlər ABŞ-ın istənilən raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin "Rossiya 1" telekanalında yayımlanan "Bazar axşamı" verilişinə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, Rusiyanın nüvəsaxlama qüvvələri müxtəlif raketlərdən, o cümlədən "köhnə Sovet klassik raketləri"ndən olan və Qərbdə "Şeytan" adlandırılan "Voyevoda"dan ibarətdir. Lakin artıq yeni raketlər hazırlanır.

"Onlardan ("Voyevoda" raketlərindən - qeyd. TASS) çox qorxurlar, onlar çox etibarlıdır, onların müddəti yeni silahlar istehsal olunana qədər uzadılıb. Yenisi üzərində iş plan üzrə gedir", - deyə o bildirib.

"Bu silah da tezliklə ordumuzun ixtiyarında olacaq. Bu silah ABŞ-ın bugünkü, sabahkı və birisigünkü raket əleyhinə müdafiə sistemini yarmaq iqtidarındadır. O bu gün bizim üçün təxribatdan başqa ciddi hərbi təhlükə kəsb etmir", - deyə Roqozin bildirib.

Son xəbərlər

Orphus sistemi