Türkiyə ilk zond raketini kosmosa buraxıb

Türkiyə ilk zond raketini kosmosa buraxıb "Roketsan" tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış zond raketi İğneadadan uğurla buraxılıb.
Region
12 avqust 2023 17:53
Türkiyə ilk zond raketini kosmosa buraxıb

Türkiyənin "Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi İğneadadan uğurla buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəsmi sosial media hesabında paylaşım edilib.

Qurum tərəfindən raketinin buraxılış sınağının görüntüləri paylaşılıb.

Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.

“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”, - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi