Reznikov Ukraynada xarici hərbi bazaların yerləşdirilməsinə icazə verməyi təklif edir

Reznikov Ukraynada xarici hərbi bazaların yerləşdirilməsinə icazə verməyi təklif edir Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukraynada xarici hərbi bazaların yerləşdirilməsinə icazə verilməsini, ölkə konstitusiyasını bu ehtiyaca uyğun olaraq dəyişdirməyi təklif edib.
Region
19 İyul , 2023 00:46
Reznikov Ukraynada xarici hərbi bazaların yerləşdirilməsinə icazə verməyi təklif edir
Oleksiy Reznikov

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukraynada xarici hərbi bazaların yerləşdirilməsinə icazə verilməsini, ölkə konstitusiyasını bu ehtiyaca uyğun olaraq dəyişdirməyi təklif edib.

“Report” xəbər verir ki, bu barədə o, ölkənin “Liga.net” nəşrinə bildirib.

“Aydındır ki, lazım gələrsə, bazanı “baza” deyil, hansısa “qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi mərkəzi” və ya bu kimi bir şey adlandırmaq üçün hüquqi formul tapmaq olar. Amma niyə? Spekulyasiya üçün əsasları yox etmək üçün aktuallığını itirmiş bu məhdudiyyəti aradan qaldırmaq lazımdır”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi