Reznikov rusiyalılara xəbərdarlıq edib: “Bir həftəniz qalıb”

Reznikov rusiyalılara xəbərdarlıq edib: “Bir həftəniz qalıb” Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rusiyalılara xəbərdarlıq edib ki, Moskva yeni səfərbərlik dalğasına hazırlaşır və bir həftə ərzində ölkə sərhədlərini bağlamağı planlaşdırır.
Region
31 Dekabr , 2022 06:12
Reznikov rusiyalılara xəbərdarlıq edib: “Bir həftəniz qalıb”

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov rusiyalılara xəbərdarlıq edib ki, Moskva yeni səfərbərlik dalğasına hazırlaşır və bir həftə ərzində ölkə sərhədlərini bağlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə o videomüraciətində deyib.

“Yeni il ərəfəsində hərbi xidmətə cəlb olunan Rusiya vətəndaşlarına müraciət edirəm, bu, ilk növbədə Rusiyanın böyük şəhərlərinin sakinlərinə aiddir. Mən dəqiq bilirəm ki, hələ bir həftəyə yaxın vaxtınız qalıb, ən azı seçiminiz var. Yanvarın əvvəlində Rusiya hakimiyyəti kişilər üçün sərhədləri bağlayacaq, sonra hərbi vəziyyət elan edəcək və növbəti səfərbərlik dalğasına başlayacaq. Belarusda da sərhədlər bağlanacaq”, - O.Reznikov bildirib.

Reznikov rusiyalıları onun sözünə inanmağa çağırmadığını, lakin onlara belə bir sual verdiyini deyib: “Siz müharibəyə gedəndə harada ölə və ya ömürlük şikəst qala bilərsiniz, konkret nə üçün döyüşəcəksiniz?”.

O, 10 aydır ki, hər şeyin “plan üzrə” getdiyini iddia edən Rusiya hərbçilərinin “planını” da tənqid edib: “Bu “plana” görə, on minlərlə dustaq zonalardan özəl hərbi şirkətə cəlb olunur. Bu şirkətin sahibinə (Yevgeni Priqojin – red.) rusiyalı kadr hərbçilərini əsgi yerinə qoymaq icazə verilir. Baxmayaraq ki, sadə insanlar “ordunu nüfuzdansalma”ya görə həbsxanaya atılırlar.

Reznikovun fikrincə, bu “plana” görə, rusiyalılar yarım ildir ki, Ukraynanın kiçik Baxmut şəhərinə uğursuz şəkildə hücum edir, orada on minlərlə əsgər itiriblər..

Həmçinin, işğalçıların “planına” görə, İsveç və Finlandiya NATO-ya daxil olmalarını başa çatdırır, baxmayaraq ki, bir il əvvəl bu ölkələr neytral qalmaq istəyirdilər.

Müdafiə nazirinin sözlərinə görə, Rusiya rəhbərliyi Ukraynaya qarşı müharibə ideyasının onlar üçün fəlakətə çevrildiyini çoxdan başa düşüb: “Bu müharibəni mümkün qədər tez bitirmək Rusiyanın maraqlarına uyğundur”.

Son xəbərlər

Orphus sistemi