Rəsmi Moskva Ankara ilə münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümid edir

Rəsmi Moskva Ankara ilə münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümid edir Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov səsləndirib
Region
27 Aprel , 2015 23:06
Rəsmi Moskva Ankara ilə münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümid edir

Bakı. 27 aprel. REPORT.AZ/ Rəsmi Moskva Ankara ilə münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümid edir.

"Report"-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov səsləndirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarını qondarma “erməni soyqırımını” tanıdığına görə tənqid etməsi mövzusunu şərh edən Peskov, hesab edir ki, iki ölkə arasında bir çox layihələr mövcuddur.

“Ümid edirik ki, münasibətlərimiz bundan sonra da yüksələn xəttlə inkişaf edəcək”, - deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

Son xəbərlər

Orphus sistemi