Ermənistan sərhəddəki vəziyyətin deeskalasiyası ilə bağlı təkliflər paketini Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təqdim edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
“Hazırladığımız təkliflər paketi Rusiyaya, onun vasitəsilə isə Azərbaycana təqdim edilib. Bu təkliflər sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlib”, - o qeyd edib.
Mirzoyan azərbaycanlı həmkarı ilə görüşünün planlaşdırılmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib.