Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb

Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələləri müzakirə ediblər.
Region
29 İyun , 2022 03:16
Rəhmon və Putin Əfqanıstanla sərhədin mühafizəsi ilə bağlı müzakirələr aparıb

Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələləri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlarda prezidentlər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiriblər. Bu kontekstdə Emoməli Rəhmon və Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə işgüzar səfərlə gəlib və bu, liderlərin 2022-ci ildə ikinci təkbətək görüşü olub.

Qeyd edək ki, Rusiya dövlət başçısı iyunun 29-da Aşqabadda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək Xəzər sammitində iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi