Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşəcəyi tarix açıqlanıb

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşəcəyi tarix açıqlanıb Dövlət başçıları Suriyanın gələcəyi ilə bağlı anlaşmanı müzakirə edəcəklər
Region
23 Dekabr , 2016 11:44
Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşəcəyi tarix açıqlanıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanda görüşəcək.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilov bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmməd Cavad Zərifin Suriyanın gələcəyi ilə bağlı dekabrın 20-də Moskvada razılaşma əldə ediblər. Diplomat bildirib ki, üç ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani yanvarın ortalarında Astanada görüşəcək və həmin anlaşmanı müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi