Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb

Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək
Region
6 Noyabr , 2017 16:09
Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi açıqlanıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Umit Bektas

Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də Rusiyaya səfər edəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

İki ölkə liderlərinin görüşü Soçidə keçiriləcək. 

R.T.Ərdoğan və V.Putin Suriya məsələsi ilə bağlı Astana danışıqlarına terrorçu PKK-nın Suriyadakı qolu olan PYD-nin cəlb edilməsini, Türkiyənin Suriyanın Afrin bölgəsində keçirəcəyi əməliyyatı, Moskvanın Ankaraya “S-400” zenit-raket kompleksləri satmasını müzakirə edəcəklər. 

Qeyd edək ki, Türkiyə prezidenti oktyabrın 31-də Azərbaycan səfərindən qayıdarkən təyyarənin göyərtəsində jurnalisltələrə bildirmişdi ki, yaxın bir-iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. O, V.Putinlə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini də müzakirə etməyi planlaşdırdığını vurğulamışdı. 

Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb.

R.T.Ərdoğan Rusiyadan sonra noyabrın 14-də Küveytə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi