Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Astanada görüşəcək

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Astanada görüşəcək Bunu Rusiya prezidenti bildirib
Region
16 Dekabr , 2016 11:56
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Astanada görüşəcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin Qazaxıstanın paytaxtı Astanada görüşəcək. 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin Yaponiyanın baş naziri Sindzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında deyib. 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla srağagünkü telefon danışığımızda Suriyadakı münaqişənin dayandırılması üçün Qazaxıstanın paytaxtı Astanada görüşə biləcəyimizi razılaşdırdıq”, - deyə dövlət başçısı əlavə edib.

V.Putin Hələblə bağlı atılacaq növbəti addımlar barədə bunları deyib: “Növbəti mərhələ bütün Suriya ərazisində atəşin tamamilə dayanmasına nail olmaqdır”.

Son xəbərlər

Orphus sistemi