Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən AKP sıralarına qayıdıb

Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən AKP sıralarına qayıdıb O, mayın 2-də AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının toplantısında çıxış edib
Region
2 May , 2017 14:34
Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən AKP sıralarına qayıdıb

Bakı. 2 may. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 979 gündən sonra yenidən hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub. 

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, mayın 2-də AKP-nin Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının toplantısında çıxış edib.

Qeyd edək ki, R.T.Ərdoğan 2001-ci il avqustun 14-dən 2014-cü il avqustun 27-dək bu partiyanın üzvü olub. O, prezident seçildikdən sonra qanunun tələbi ilə AKP-dən çıxıb. 

Konstitusiyaya edilən dəyişikliklərə əsasən, indi Türkiyə prezidenti siyasi partiyaya üzv ola bilər. AKP-nin mayın 21-də keçiriləcək fövqəladə qurultayında R.T.Ərdoğanın yenidən AKP sədri olması məsələsinə baxılacaq.

Xatırladaq ki, 1960-cı il mayın 27-dək Türkiyə prezidenti partiyalı olub. 1961-ci ildə qəbul edilən yeni Konstitusiyada ölkə prezidentinin partiya mənsubiyətinin olmaması haqqında maddə təsbit edilib. 1982-ci ildə qəbul edilən əsas qanunda da bu qadağa mövcud olub. 

Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk də həm partiya sədri, həm də prezident olub. 

Son xəbərlər

Orphus sistemi