İran Prezidenti Türkiyəyə səfər edəcək

İran Prezidenti Türkiyəyə səfər edəcək Bakı. 18 dekabr. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani dekabrın 19-da Türkiyəyə səfər edəcək.
Region
18 Dekabr , 2018 13:28
İran Prezidenti Türkiyəyə səfər edəcək
İran prezidenti Həsən Ruhani / Getty Images

Bakı. 18 dekabr. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani dekabrın 19-da Türkiyəyə səfər edəcək.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, onu Türkiyəyə Prezident Rəcəb Tayyib Ərdoğan dəvət edib. 

Məlumata görə, dövlət başçıları Türkiyə-İran 5-ci Ali Strateji Əməkdaşlıq Şurasının toplantısına qatılacaq. Tədbirdə iki dövlət arasında ticarət dövriyyəsinin 30 milyard dollar çatdırılmasının hədəf olaraq göstəriləcəyi bildirilib. 

Səfər çərçivəsində prezidentlərin iştirakı ilə iqtisadi, mədəni və siyasi sahələr üzrə müqavilələrin imzalanacağı nəzərdə tutulub.

Səfər iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi