Ramzan Kadırov ABŞ-ın Suriyaya raket zərbəsini İŞİD üçün "qiymətli hədiyyə" adlandırıb

Ramzan Kadırov ABŞ-ın Suriyaya raket zərbəsini İŞİD üçün "qiymətli hədiyyə" adlandırıb "Terrorçular üçün yol açıqdır"
Region
8 Aprel , 2017 08:54
Ramzan Kadırov ABŞ-ın Suriyaya raket zərbəsini İŞİD üçün qiymətli hədiyyə adlandırıb

Bakı. 8 aprel. REPORT.AZ/ Birləşmiş Ştatların Suriyadakı aviabazaya raket zərbəsi İŞİD terror təşkilatı üçün "qiymətli hədiyyə" oldu.

"Report" xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov öz "Instagram" səhifəsində yazıb.

"İndi isə ABŞ-ın hərəkətləri barədə. Onların hərbi gəmilərindən buraxılan raketlər müki vətəndaşların qanını axıtdı və bunu İŞİD üçün qiymətli hədiyyə etdi – Əsədin əldən düşmüş ordusu 10-a yaxın təyyarəsini itirdi. Terrorçular üçün yol açıqdır", - deyə o yazıb.

Son xəbərlər

Orphus sistemi