Ramazan Abdulatipov istefadan sonra nə ilə məşğul olacağını açıqlayıb

Ramazan Abdulatipov istefadan sonra nə ilə məşğul olacağını açıqlayıb "Moskvanın yaxşı universitetlərindən birində professor olacağam"
Region
4 Oktyabr , 2017 15:50
Ramazan Abdulatipov istefadan sonra nə ilə məşğul olacağını açıqlayıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Dağıstanın rəhbəri vəzifəsindən istefa verən Ramazan Abdulatipov bundan sonra mədəni-təhsil layihələri ilə məşğul olmaq niyyətində olduğunu açıqlayıb. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Məncə, Moskvanın yaxşı universitetlərindən birində professor olacağam, mədəniyyət və təhsil layihələri ilə məşğul olacağam. İdeya çoxdur, yəni işsiz qalmayacağam", - R.Abdulatipov vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Dağıstan rəhbəri R.Abdulatipovun istefasını qəbul edib və bu vəzifəyə müvəqqəti olaraq "Vahid Rusiya" fraksiyasının rəhbəri Vladimir Vasilyevi təyin edib.

Son xəbərlər

Orphus sistemi