Qırğızıstanda MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Qırğızıstanda MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək İştirakçılar MDB ölkələri polislərinin əməkdaşlığının mühüm məsələlərini müzakirə edəcəklər
Region
3 Sentyabr , 2014 17:42
Qırğızıstanda MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sentyabr ayının 4-6-da Çolpon-Atedə (Qırğızıstan) Müstəqil Dövlətlər Birliyi (MDB) dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının (MDB XİNŞ) iclası keçiriləcək. Report MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, tədbirin gündəliyinə on məsələ daxil edilib. Şura üzvləri MDB ölkələri DİN (polis) əməkdaşlığının prioritet məsələlərini və cinayətkarlıqla mübarizə dövlətlərarası proqramlarının həyata keçirilmə proseslərini müzakirə edəcəklər. 

Bundan başqa, iclasda şəxslərin səlahiyyətli orqanlar tərəfindən dövlətlərarası axtarışı və yetkinlik yaşına çatmayan şəxslərin daimi yaşadığı dövlətlərə qaytarılması, eləcə də informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizə ilə bağlı sənəd layihələrinin müzakirəsi planlaşdırılır.  

Şura üzvləri Daxili İşlər nazirlikləri sisteminin müəssisələri tərəfindən birgə elmi tədqiqatların keçirilməsi üçün şəraitin təmin olunması istiqamətində MDB XİNŞ yanında Elmi-Konsultasiya Şurası işinin təşkil olunması məsələlərini də müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi