Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib BMT baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Region
18 May , 2022 21:40
Quterreş Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti müzakirə edib

BMT baş katibi Antoniu Quterreş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, A.Quterreş Türkiyəyə çoxtərəfliliyə verdiyi dəstəyə və BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.

Baş katib və xarici işlər naziri, həmçinin Ukraynadakı müharibə və digər regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə Suriya, Liviya, Əfqanıstan və Kiprdə baş verən hadisələr müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi