Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olmasının zəruriliyini vurğulayıblar.
Bildirilib ki, onlar ikitərəfli iqtisadi əlaqələr və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.