Qriqoryan: “Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini dəyişməyəcək”

Qriqoryan: “Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini dəyişməyəcək” “Rusiyadan Ermənistana idxal olunan təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək”.
Region
15 Dekabr , 2023 15:22
Qriqoryan: “Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini dəyişməyəcək”

“Rusiyadan Ermənistana idxal olunan təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək və müvafiq olaraq istehlakçılar üçün tarif də dəyişməyəcək”.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

"Hazırda bizdə dəqiq məlumat var ki, təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək. Və əminəm ki, buna görə də tarif dəyişməyəcək", - o vurğulayıb.

Baş nazirin müavini bildirib ki, “Qazprom Ermənistan” artıq Rusiyanın “Qazprom” şirkəti ilə 2024-cü il üçün müqavilə imzalayıb. Ermənistanla sərhəddə Rusiya təbii qazının qiyməti min kubmetr üçün 165 ABŞ dolları təşkil edir.

Son xəbərlər

Orphus sistemi