Bakı. 1 oktyabr. REPORT.AZ/ Moskva Rusiya və Gürcüstan prezidentlərinin görüşünün keçirilmə ehtimalını istisna etmir, tərəflər ona hazırlıq işləri üzərində çalışır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə danışıqlardan sonra məlumat verib.
"Belə görüş keçirilə bilər. Amma liderlərin görüşünün məhsuldar alınması üçün işləmək, hazırlaşmaq lazımdır. Hazırda bunun üzərində çalışırıq", - Q.Karasin qeyd edib.