Qriqol Vaşadze: "Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam"

Qriqol Vaşadze: "Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam" Tbilisi. 7 noyabr. REPORT.AZ/ “Gürcüstan prezidenti seçiləcəyim təqdirdə Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam”.
Region
7 Noyabr , 2018 14:58
Qriqol Vaşadze: Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam
0 : 00
0 : 00

Tbilisi. 7 noyabr. REPORT.AZ/ “Gürcüstan prezidenti seçiləcəyim təqdirdə Mixeil Saakaşviliyə Gürcüstan vətəndaşlığını qaytaracağam”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu “Güc birlikdədir” siyasi blokunun prezidentliyə namizədi Qriqol Vaşadze “Deutsche Welle”yə müsahibəsində deyib.

Q.Vaşadze M.Saakaşvili ilə yanaşı, bütün siyasi məhbusları da əfv edəcəyəni bildirib: “Hüquqşünas kimi mən ədalətin bərqərar olunmasını istəyirəm və bu, belə də olacaq. Gürcüstanın üçüncü prezidenti Gürcüstanda yaşamaq hüququ əldə edəcək. Mixeil Saakaşvilinin bu hüquqdan istifadə edib-etməyəcəyi onun özündən asılı olacaq”.

Prezidentliyə namizəd qeyd edib ki, hər bir dərrakəli vətəndaş ölkəni müasir dövlətə çevirdiyinə görə M.Saakaşviliyə minnətdar olmalıdır: “Gürcüstanın hüquq-mühafizə orqanları və ya məhkəmə sisteminin Mixeil Saakaşviliyə sualları varsa, o, bunlara cavab verməlidir. Əgər Saakaşvili Gürcüstanda özünün siyasi gələcəyini qurmaq istəyirsə, o zaman qərarı gürcü xalqı qəbul edəcək”.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin ilk turu bu il oktyabrın 28-də keçirilib. Prezidentliyə namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazana bilməyib. Ölkə qanunvericiliyinə əsasən, prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçirilməlidir. İkinci turda mübarizə hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və “Güc birlikdədir” siyasi blokunun namizədi Qriqol Vaşadze arasında gedəcək. 

Son xəbərlər

Orphus sistemi