Qriqol Liluaşvili: “Qarabağ müharibəsi zamanı Gürcüstana qarşı kampaniya aparılıb”

Qriqol Liluaşvili: “Qarabağ müharibəsi zamanı Gürcüstana qarşı kampaniya aparılıb” “Qarabağda hərbi əməliyyatlar fonunda müharibənin Gürcüstana mümkün qədər zərər yetirməsi üçün maraqlı tərəflər bütün metod və vasitələrdən istifadə ediblər”
Region
186
29 Aprel , 2021 18:08
Qriqol Liluaşvili: “Qarabağ müharibəsi zamanı Gürcüstana qarşı kampaniya aparılıb”
Qriqol Liluaşvili

“Qarabağda hərbi əməliyyatlar fonunda müharibənin Gürcüstana mümkün qədər zərər yetirməsi üçün maraqlı tərəflər bütün metod və vasitələrdən istifadə ediblər”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentində illik hesabatla çıxış edən ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Gürcüstan üçün əsas çağırış qonşu ölkələr arasında baş verən müharibə olub: “Müharibə zamanı Gürcüstan bir çox risklərlə üz-üzə idi, lakin biz onların qarşısını uğurla ala bildik”.

DTX sədri qeyd edib ki, Gürcüstanın etnik ermənilər və azərbaycanlıların yaşadığı iki bölgədə informasiya kampaniyası aparılıb və məqsəd onların arasında etnik və dini zəmində ədavəti alovlandırmaq olub.

Q.Liluaşvili rəhbərlik etdiyi qurumun təxribatların öhdəsindən gəldiyini bildirib.

Son xəbərlər

Orphus sistemi