Qondarma "erməni soyqırımı" ilə bağlı məsələ İsrail parlamentinin gündəliyindən çıxarılıb

Qondarma "erməni soyqırımı" ilə bağlı məsələ İsrail parlamentinin gündəliyindən çıxarılıb Bakı. 29 may. REPORT.AZ/ İsrail parlamentinin spikeri Yuli Edelşteyn qondarma erməni soyqırımının tanınmasına dair Knessetdə çərşənbə axşamına planlaşdırılan səsverməni qeyri-müəyyən müddətə təxirə salıb.
Region
29 May , 2018 02:32
Qondarma erməni soyqırımı ilə bağlı məsələ İsrail parlamentinin gündəliyindən çıxarılıb

Bakı. 29 may. REPORT.AZ/ İsrail parlamentinin spikeri Yuli Edelşteyn qondarma "erməni soyqırımı"nın tanınmasına dair Knessetdə çərşənbə axşamına planlaşdırılan səsverməni qeyri-müəyyən müddətə təxirə salıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, əvvəllər dəfələrlə qondarma sayqırımın tanınması təklifi ilə çıxış edən Edelşteyn sənədi səsvermədən qanun layihəsinin səs çoxluğu toplayacağına əmin olmadığına görə çıxarıb. İsrail parlamenti "Eş atid" müxalifət partiyasının lideri Yair Lapidomun təklif etdiyi "soyqırımla" bağlı qanun layihəsini fevralın 14-də də rədd edib.

Son xəbərlər

Orphus sistemi