Şimali Qafqazda havalar kəskin soyuyacaq

Şimali Qafqazda havalar kəskin soyuyacaq Yaxın üç gündə Şimali Qafqazın bütün regionlarında havalar şaxtalı keçəcək.
Region
17 Aprel , 2019 16:19
Şimali Qafqazda havalar kəskin soyuyacaq

Yaxın üç gündə Şimali Qafqazın bütün regionlarında havalar şaxtalı keçəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli qurumları xəbərdarlıq edib.

Havaların kəskin soyuması əkin sahələrinin və yeni cücərən bitkilərin məhvinə səbəb ola bilər.

Məlumata görə, Dağıstan, Qaraçay-Çərkəz, Çeçenistan və İnquşetiya respublikalarında aprelin 19-20-də havanın temperaturu -3-4 dərəcəyədək düşəcək. 

Son xəbərlər

Orphus sistemi