Qırğızıstanın keçmiş Prezidenti iğtişaşlarla bağlı cinayət işi üzrə bəraət alıb

Qırğızıstanın keçmiş Prezidenti iğtişaşlarla bağlı cinayət işi üzrə bəraət alıb Qırğız Respubikasının keçmiş Prezidenti Almazbek Atambayev kütləvi iğtişaşların təşkilində təqsirli bilinməyib.
Region
28 İyun , 2022 17:18
Qırğızıstanın keçmiş Prezidenti iğtişaşlarla bağlı cinayət işi üzrə bəraət alıb

Qırğız Respublikasının keçmiş Prezidenti Almazbek Atambayevin ölkədə kütləvi iğtişaşların təşkilində təqsiri sübuta yetirilməyib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Paytaxtın Pervomaysk Rayon Məhkəməsi 2020-ci ilin payızında şəhərdə kütləvi iğtişaşlarla bağlı cinayət işi üzrə A.Atambayevə bəraət qazandırıb. Məhkəmə zamanı dövlət ittihamçısı keçmiş Prezidentin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, A.Atambayev hazırda həbsdədir. O, əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə həbs cəzasına məhkum edilib.

Məhkəmə keçmiş dövlət başçısını kriminal “avtoritet” Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsi barədə iş üzrə təqsirli sayıb. Sabiq prezident, həmçinin korrupsiyada təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi