Qazaxıstanda prokuror sabiq qırğız deputata 12 il iş istəyib

Qazaxıstanda prokuror sabiq qırğız deputata 12 il iş istəyib Qazaxıstanın Almatı rayon Məhkəməsində prokuror Qırğız Respublikası parlamentinin keçmiş deputatı Damirbek Asılbek oğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Region
3 Aprel , 2019 11:57
Qazaxıstanda prokuror sabiq qırğız deputata 12 il iş istəyib

Qazaxıstanın Almatı rayon Məhkəməsində prokuror Qırğız Respublikası parlamentinin keçmiş deputatı Damirbek Asılbek oğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Report” xəbər verir ki, məlumatı “Kazinform” yayıb.

Keçmiş deputatla birlikdə daha 11 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar iqtisadi qaçaqmalçılıqda ittiham olunurlar.

Dövlət ittihamçısı Damirbek Asılbek oğlunun cəzasını çəkdikdən sonra Qazaxıstandan deportasiya olunması iddiasını da irəli sürüb.

Bildirilib ki, 2018-ci il fevralın 15-16-da eyni vaxtda keçirilən irimiqyaslı əməliyyat nəticəsində Qazaxıstan Gömrük Komitəsinin vəzifəliləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, brokerlər, vasitəçilər, eləcə də Qırğız Respublikasının üç vətəndaşı saxlanıb. Onların arasında Damirbek Asılbek oğlu da var imiş. O, Qazaxıstan və Qırğız respublikalarının vətəndaşı olduğu üçün onu deputat mandatından məhrum ediblər. 

Son xəbərlər

Orphus sistemi