Qırğızıstanda son gündə 205 yeni koronavirusa yolxuma faktı aşkar edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bu gün koronavirusla mübarizə üzrə respublika qərargahından məlumat verilib.
Məlumata görə, bu, gündəlik yoluxma sayları üzrə rekord göstəricidir.
Son sutkada COVID-19 xəstələrindən üçü ölüb, 10 xəstə sağalıb.
Qərargahdan vurğulanıb ki, yeni yoluxanlar arasında 26 tibb işçisi də var. Ümumilikdə pandemiya zamanı 582 tibb işçisində koronavirus aşkar edilib.
Beləliklə, bu günə qədər Qırğızıstanda yoluxanların ümumi sayı 3 356 nəfərə çatıb, toplam 40 nəfər ölüb. 2 021 xəstə sağalaraq evə buraxılıb.