Qırğız Respublikasında pandemiyanın yayılması səngiyib

Qırğız Respublikasında pandemiyanın yayılması səngiyib Qırğız Respublikasında daha 13 nəfərdə koronavirus aşkarlanıb.
Region
2 may 2020 05:33
Qırğız Respublikasında pandemiyanın yayılması səngiyib

Qırğız Respublikasında daha 13 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Mərkəzi Asiya ölkəsində qeydə alınan yoluxma hallarının sayı 769-a yüksəlib.

Qırğız Respublikasında indiyədək 8 nəfər COVID-19-un qurbanı olub. 527 nəfər isə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 212ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 401 000-i ötüb. Bunların 1 081 705 nəfəri sağalıb, 239 614 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi