Qırğızıstanda özünü partlatmağa hazırlaşan terrorçu-kamikadze saxlanılıb

Qırğızıstanda özünü partlatmağa hazırlaşan terrorçu-kamikadze saxlanılıb Saxlanılan şəxs insanların kütləvi toplaşdıqları zaman özünü partlatmağa hazırlaşıb
Region
8 İyun , 2017 09:49
Qırğızıstanda özünü partlatmağa hazırlaşan terrorçu-kamikadze saxlanılıb
Ria.ru

Bakı. 8 iyun. REPORT.AZ/ Qırğızıstanın hüquq-mühafizə orqanları özünü partlatmağa hazırlaşan terrorçu-kamikadzeni saxlayıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildiriblər.

Xüsusi xidmət orqanlarının məlumatına görə, saxlanılan şəxs insanların kütləvi toplaşdıqları zaman özünü partlatmağa hazırlaşıb.

O, terrorçu-kamikadze kimi özünü partlatmaq üzrə və ideoloji təlim keçib. Saxlanılan zaman həmin şəxs əldəqayırma partlayıcı qurğunun yığılması ilə məşğul olub.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi