Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 500-ü keçdi

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 500-ü keçdi Qırğız Respublikasında ötən sutka ərzində 17 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
18 Aprel , 2020 09:14
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı 500-ü keçdi

Qırğız Respublikasında ötən sutka ərzində 17 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 506-ya yüksəlib.

Bildirilib ki, qeydə alınmış yoluxma hallarının 116-sı tibb işçilərində aşkarlanıb.

Ümumilikdə ölkədə COVID-19 qurbanlarının sayı isə 5 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 250 000-i ötüb. Bunların 571 149 nəfəri sağalıb, 154 266 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi