Qırğız Respublikasında koronavirus xəstələrinin sayı artdı

Qırğız Respublikasında koronavirus xəstələrinin sayı artdı Qırğızıstan Respublikasında daha 42 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
8 Aprel , 2020 09:28
Qırğız Respublikasında koronavirus xəstələrinin sayı artdı

Qırğızıstan Respublikasında daha 42 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 270-ə çatıb. Onlardan 30-u həkimdir.

Bundan başqa, indiyədək 4 nəfər infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 431 000-i ötüb. Bunların 302 209 nəfəri sağalıb, 82 096 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi