Qırğız Respublikasında koronavirus hallarının sayı artdı

Qırğız Respublikasında koronavirus hallarının sayı artdı Qırğız Respublikasında daha 19 nəfərə koronavirus diaqnozu qoyulub.
Region
15 Aprel , 2020 10:26
Qırğız Respublikasında koronavirus hallarının sayı artdı

Qırğız Respublikasında daha 19 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, yeni yoluxmaların 15-i tibb işçiləridir. 

Beləliklə, Mərkəzi Asiya ölkəsində qeydə alınan koronavirusa yoluxma hallarının sayı 449-a çatıb. Onlardan 98-i həkimdir.

Bundan başqa, indiyədək 5 nəfər infeksiyanın qurbanı olub.

Qeyd edək ki, bu ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 747 nəfəri sağalıb, 126 758 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi