Qırğızıstana yeni XİN başçısı təyin edilib

Qırğızıstana yeni XİN başçısı təyin edilib Qırğız parlamenti Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyi barədə Prezident Sadır Japarovun təqdimatını qəbul edib
Region
27 Aprel , 2022 10:45
Qırğızıstana yeni XİN başçısı təyin edilib

Qırğız parlamenti Jeenbek Kulubayevin xarici işlər naziri postuna namizədliyi barədə Prezident Sadır Japarovun təqdimatını qəbul edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Məlumata görə, 90 deputatdan 71-i Jeenbek Kulubayevin lehinə səs verib.

Qeyd edək ki, Jeenbek Kulubayev 1963-cü ildə Qırğızıstanın İssık-Kul vilayətinin Çırpıktı kəndinə anadan olub, ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Bu il aprelin 5-də xarici işlər naziri vəzifəsinin müvəqqəti icrasına başlayıb.

Xatırladaq ki, Rusla Kazakbayev başqa işə keçməsi ilə əlaqədar xarici işlər naziri vəzifəsindən azad edilib.

Son xəbərlər

Orphus sistemi