Qırğızıstan vətəndaşı Moskvada həmvətənlərini qəsdən avtomobillə vurub

Qırğızıstan vətəndaşı Moskvada həmvətənlərini qəsdən avtomobillə vurub Bakı. 9 sentyabr. REPORT.AZ/ Qırğızıstan vətəndaşı Moskvanın Novoçerkassk bulvarında həmvətənlərini qəsdən avtomobillə vurub.
Region
9 Sentyabr , 2018 08:42
Qırğızıstan vətəndaşı Moskvada həmvətənlərini qəsdən avtomobillə vurub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Qırğızıstan vətəndaşı Moskvanın Novoçerkassk bulvarında həmvətənlərini qəsdən avtomobillə vurub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Mosakvada 10-a yaxın insanı avtomobillə vuraraq xəsarət yetirən şəxsin Qırğızıstan vətəndaşı olması aşkarlanıb. Məlumata görə, o, bu cinayəti kafedə həmvətənləri ilə mübahisə etdikdən sonra törədib. Tərəflərin mübahisəsinin məişət zəminində baş verdiyi bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Bəzi mətbu orqanların məlumatlarına görə, onlardan biri ölüb. Hadisəni törədən şəxs hadisə yerindən qaçmayıb. O, polis tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi