Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib

Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib Qırğızıstan və Tacikistan həmçinin cümə axşamı münaqişənin yaşandığı sərhəd bölgəsində birlikdə patrul xidməti aparmaq və monitorinq həyata keçirmək qərarına gəlib
Region
29 Aprel , 2021 20:21
Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəlib
0 : 00
0 : 00

Qırğızıstan və Tacikistan xarici işlər nazirləri aprelin 29-u yerli vaxtla saat 20:00-dan etibarən sərhəd bölgəsində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər nazirləri (Ruslan Kazakbayev və Sirociddin Muhriddin) arasında aparılan bir neçə danışıq nəticəsində saat 20:00-dan etibarən tam atəşkəs elan olunması və hərbi qüvvələrin əvvəlki yerləşmə mövqelərinə geri çəkilməsinə dair razılaşma əldə edilib”, - məlumatda deyilir.

Qırğızıstan və Tacikistan həmçinin cümə axşamı münaqişənin yaşandığı sərhəd bölgəsində birlikdə patrul xidməti aparmaq və monitorinq həyata keçirmək qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi