Qırğızıstan Prezidenti Yaponiya İmperatoru ilə görüşüb - YENİLƏNİB

Qırğızıstan Prezidenti Yaponiya İmperatoru ilə görüşüb - YENİLƏNİB Qırğızıstan Prezidenti Sadır Japarov Yaponiyaya rəsmi səfərə gəlib.
Region
17 noyabr 2023 08:10
Qırğızıstan Prezidenti Yaponiya İmperatoru ilə görüşüb - YENİLƏNİB

Qırğızıstan Prezidenti Sadır Japarov Yaponiya İmperatoru Naruhito və imperatriçə Masako ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Prezident qeyd edib ki, Yaponiya zəngin tarixi ənənələri və qədim mədəniyyəti olan dost ölkədir.

10:16

Qırğızıstan Prezidenti Sadır Japarov Yaponiyaya rəsmi səfər edib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının informasiya siyasəti şöbəsi məlumat yayıb.

Tokionun Haneda Beynəlxalq Hava Limanında Qırğızıstanın dövlət başçısını xarici işlər naziri Kiyoto Tsuji və digər rəsmi şəxslər qarşılayıblar.

Qırğızıstan nümayəndə heyəti 11 nəfərdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi