Qırğızıstan prezidenti Tacikistanla sərhəddə insidentə görə müşavirə keçirib

Qırğızıstan prezidenti Tacikistanla sərhəddə insidentə görə müşavirə keçirib Sadır Japarovun Emamoli Rahmanla telefonla danışacağı gözlənilir
Region
109
29 Aprel , 2021 15:54
Qırğızıstan prezidenti Tacikistanla sərhəddə insidentə görə müşavirə keçirib
Sadır Japarov

Qırğız Respublikasının prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki hadisəyə görə hökumət üzvləri ilə əməliyyat müşavirəsi keçirib.

“Report” “24.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğız Republikası prezidentinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, güc strukturlarının başçıları prezidenti hadisə ilə bağlı məlumatlandırıb.

Qırğızıstan tərəfi Tacikistan hərbçilərini minatan və pulemyotdan atəş açmaqda ittiham edir.

Sadır Japarovun Tacikistan prezidenti Emamoli Rahmanla telefonla danışacağı gözlənilir.

Qeyd edək ki, Qırğız Respublikası ilə Tacikistanın dövlət sərhədində baş verən atışma nəticəsində 15 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi