Qırğızıstan Prezidenti ölkədə “fond pulunun” yığılmasını yasaqlayıb

Qırğızıstan Prezidenti ölkədə “fond pulunun” yığılmasını yasaqlayıb Qırğız Respublikasının Prezidenti Sadır Japarov məktəblərdə valideynlərdən pul yığılması və bunun üçün ictimai fondun yaradılmasını yasaqlayan fərman imzalayıb.
Region
26 May , 2023 23:10
Qırğızıstan Prezidenti ölkədə “fond pulunun” yığılmasını yasaqlayıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarov məktəblərdə valideynlərdən pul yığılması və bunun üçün ictimai fondun yaradılmasını yasaqlayan fərman imzalayıb.

“Report” xəbər verir ki, müvafiq sənəd Qırğızıstan Prezidentinin mətbuat xidmətinin saytında yerləşdirilib.

“Pedaqoji işçilər və inzibati heyətə maliyyə məsələlərinə baxılarkən şagirdlərin valideynlərindən pul yığmaq, qəyyumlar şuralarının və valideyn komitələrinin işində iştirak etmək qadağandır”, - fərmanda qeyd olunub.

Sənəddə nəql edilib ki, dövlət təhsil təşkilatlarına ehtiyac duyulan məişət əşyalarının təmiri, mühafizəsi və alınması üçün vəsait Qırğızıstanın dövlət büdcəsindən ayrılmalıdır.

Son xəbərlər

Orphus sistemi