Qırğızıstan prezidenti Ərdoğanı seçkilərə görə təbrik edib

Qırğızıstan prezidenti Ərdoğanı seçkilərə görə təbrik edib Qırğızıstan prezidenti Sooronbay Ceenbekov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə keçirilən bələdiyyə seçkilərinin uğurla baş tutması münasibətilə təbrik edib.
Region
2 Aprel , 2019 22:30
Qırğızıstan prezidenti Ərdoğanı seçkilərə görə təbrik edib

Qırğızıstan prezidenti Sooronbay Ceenbekov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə keçirilən bələdiyyə seçkilərinin uğurla baş tutması münasibətilə təbrik edib.

"Report"un yerli KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Telefon danışığında dövlət başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində uğurlar arzulayıblar. 

Son xəbərlər

Orphus sistemi